Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı

13 May 2019 14:21 (UTC+04:00)

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.