Korlar üçün müjdə

4 May 2012 13:18 (UTC+04:00)

Mövqe.az "Euronews"a istinadən bildirir ki, İngiltərədə uzun illərdir görməyən iki ingilisin gözləri çiplər sayəsində qismən görməyə başlayıb.

Kris Ceyms və Robin Miller adlı ingilislər gözlərindəki retina təbəqəsinə ilişdirilən çiplər vasitəsi ilə bəzi obyektləri görməyə başlayıb.

1500 piksel olan çiplər şüaları qəbul edici xüsusiyyətə sahibdir və başqa bir cihazla qulaq arxasına yerləşdirilən mexanizmlə əlaqəli işləyir.

Oksford və Kinqs Kollec Xəstəxanasındakı bu yeni tətbiqə liderlik edən Prof.Tim Cekson və Robert Maklarenin bu kəşfi dünyada milyonlarla görmə maneəli insan üçün yeni bir ümid işığı halına gəlib: "Gözlərə ilişən çiplər yandığında insanlar heç olmasa işığı hiss edə bilecekler. Bu sadə bir tətbiq olsa da, buna öyrəşdikcə qismən obyektləri görə biləcəklər."

Gözləri görməyən ingilis musiqiçi Robin Miller, ən kiçik bir işığı görə bilmesinin belə böyük bir xoşbəxtlik qaynağı olduğunu ifadə edib.


Ziba Yusifova

Movqe.Az