Xaçmaza dolu düşdü-VİDEO

13 May 2019 16:51 (UTC+04:00)

Xaçmaza güclü dolu düşüb. Movqe.az həmin anın video görüntüsünü təqdim edir. 

Qeyd edək ki,  Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri Bəxtiyar Osmanov  bildirib ki, yağıntı rayon mərkəzində və ətraf kəndlərdə müşahidə olunub. Dolu 15 dəqiqə davam edib: "RİH nümayəndələri iş başındadırlar və dəymiş zərərin həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib, avtomobillərə, evlərə və o cümlədən obyektlər də ziyan görüb".

Şöbə müdiri əlavə edib ki, bu gün saat 14:05-də başlayan dolu daha sonra güclü yağışa çevrilib.
 
Zülfiyyə QULUYEVA