Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmaqda davam edir

13 May 2013 11:01 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.