Əri tərəfindən bıçaqlanan Sumqayıt sakini xəstəxanada öldü

14 May 2019 08:57 (UTC+04:00)
Sumqayıtda 10 gün bundan öncə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həkimlərin səylərinə baxmayaraq dünyasınə dəyişib. 
 
 
Xatırladaq ki, ailə münaqişəsi zəminində baş verən hadisə zamanı ər əvvəlcə arvadını, daha sonra özünü bıçaqlamışdı.