Lənkəranda 2 nəfəri ilan sancıb

14 May 2019 10:38 (UTC+04:00)

Lənkəranda 2 ilan sancma hadisəsi qeydə alınıb.

Movqe.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, müxtəlif saatlarda Lənkəran rayonunun 2 kəndində ilan sancması baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Nərimanabad qəsəbə sakini Elşən Fədail oğlu Əhmədov və 1994-cü il təvəllüdlü Diryan kənd sakini Ülkər Əzizağa qızı Əhmədova ilan sancması ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Zərərçəkmişlərdən E.Əhmədov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət  alan Ü.Əhmədovaya isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.