Bakıda qatar 2 yaşlı qızı vurub

13 May 2013 11:13 (UTC+04:00)

Bakıda azyaşlı uşağı qatar vurub. Nərimanov Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, hadisə dünən "Keşlə-Bakı" dəmir yolu xəttində qeydə alınıb.


"Bakı-Gəncə" marşrutu üzrə hərəkət edən sərnişin qatarı 2 yaşlı Məmmədova Yəsrubə Tofiq qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən yerindəcə ölüb.

 

Faktla bağlı araşdırma aparılır.