Azərsu: Ceyranbatanda su kəmərində axıntı olub, təmir bu gün başa çatacaq

14 May 2019 15:36 (UTC+04:00)

Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən, diametri 1 200 mm olan su kəmərində axıntı baş verib.

Bu barədə Movqe.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində Ceyranbatan və Saray qəsəbələri və Bağlar yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranıb: "Hazırda problemin aradan qaldırılması üçün əraziyə qəza xidməti cəlb edilib, problem aradan qaldırılır. Yaxın saatlarda problem aradan qaldırılacaq və həmin qəsəbələrə içməli suyun verilməsi təmin olunacaq".