"NBCBank" ASC-nin yeni təmirdən çıxmış "Əməliyyat" zalı

14 May 2019 15:38 (UTC+04:00)

Bu gün “NBCBank”ın Baş Ofisində yeni təmirdən çıxmış "Əməliyyat" zalının açılışı baş tutdu. Açılış mərasimində Bankın Müşahidə Şurasının Sədri Fuad Qənbərov, İdarə Heyətinin üzvləri, “Nurgün Holdinq”in rəsmiləri, eləcə də bankın digər rəhbər və işçi heyəti iştirak etmişdir.

Yenilənmiş əməliyyat zalında fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunur: depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları və digər xidmətlər göstərilir.

Bankın xidmət şəbəkəsi Baş Ofisdən, 11 filialdan və 1 şöbədən ibarətdir. Məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.nbcbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən, yaxud (012) 932 Məlumat Mərkəzindən və ya WhatsApp +994 70 932 0 932 nömrələrindən əldə etmək olar.