Paytaxtın bu küçəsində hərəkət iflic oldu-Səbəb açıqlandı

14 May 2019 16:14 (UTC+04:00)

Paytaxtın Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb. Bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Movqe.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. O, bildirib ki, hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib.

Zülfiyyə QULUYEVA