Gələn il 3 yeni DOST mərkəzi açılacaq

14 May 2019 16:50 (UTC+04:00)

2020-ci ildə Azərbaycanda yeni Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin açılması nəzərdə tutulub.

Movqe.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, gələcəkdə regionlarda 3 yeni DOST mərkəzi açılacaq:

“Hesab edirik ki, DOST mərkəzləri şəbəkəsi növbəti illərdə də genişlənəcək və Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bu cür mərkəzlərin yaradılması sosial sahədə uğurlu islahatların və “Bir pəncərə” elektron sisteminin təkmilləşməsinin göstəricilərindən biridir”.