Bakıda restoranda yanğın baş verib

15 May 2019 11:57 (UTC+04:00)

Bakıda Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsində “Pioneer Lounge” restoranında baş vermiş yanğın söndürülüb.

Bu barədə Movqe.az-a Fövqaladə Hallar Nazirliyindən məlumat veribilər. Qeyd olunub ki, hadisədə xəsarət alan olmayıb.

Bildirək ki, bu gün səhər saatlarında "Pioneer Arena" stadionunun binasının sonuncu mərtəbəsində yerləşən “Pioneer Lounge”da yanğın baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub.