"Oğullarımı 30 yaşına qədər evləndirməyəcəm, məni saxlasınlar"

15 May 2019 19:34 (UTC+04:00)

“İndiki uşaqlar evlənəndən sonra valideynlərini unudurlar. Mən oğlanlarımı 30 yaşdan sonra evləndirəcəm. Qoy məni saxlasınlar”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Zaur Kamal "5/5" verilişində deyib. O, açıqlaması ilə müzakirələrə səbəb olub. Oğullarından danışan Zaur daha sonra övladlarına ev almayacağını bildirib:

"Oğlanlarıma ev verən deyiləm. Qoy özləri zəhmət çəkib alsınlar. Mən də hər şeyimi özüm almışam".