Nazir və müavinləri şimal-qərb bölgəsində qəbul keçirəcək

16 May 2019 15:34 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 31 may saat 09:00-da İsmayıllı şəhərində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Movqe.az-ın məlumatına görə, həmin tarixdə həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Oğuz şəhərində, nazir müavini Rauf Hacıyev isə Şəki şəhərində yerli sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulu Oğuz meşəbəyliyinin (Oğuz şəhəri, Heydər Əliyev prospekti 9) və Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binalarında (Şəki şəhəri, Salman Mümtaz 23) saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi 3) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 020-28-5-33-57055-279-70-00055-859-80-90) xahiş olunur.