Roza Cəlilova "Şöhrət" ordeni ilə təltif olundu

16 May 2019 17:28 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Roza İsmayıl qızı Cəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Movqe.az-ın xəbərinə görə, R.Cəlilova Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə təltif olunub.