Səhiyyə Nazirliyi: Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır

17 May 2019 11:00 (UTC+04:00)

Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın bıcaq xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mayın 16-da Atababayeva Səbinə Ağasəf qızı bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə çatdırılıb:

"Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib. Qadının isə vəziyyəti ağırdır".