Avtomobillə gölə düşən ər-arvadın meyitləri tapılıb

17 May 2019 13:13 (UTC+04:00)

Şahbuz şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mayın 16-da saat 5 radələrində Şahbuz şəhərinin ərazisində Şahbuzkənd kənd sakini Həsən Abbasov idarə etidiyi “Saipa” markalı avtomobili “Vayxır” gölünə aşırıb. Nəticədə sürücü və sərnişini olan arvadı Ruhiyyə suda boğularaq ölüblər.

Onların meyitləri sudan çıxarılıb.

Naxçıvan DYPİ tərəfindən araşdırma aparılır.