Agentlik: Azərbaycanın bitkiçilik məhsullarının Avropaya ixracı geniş vüsət alıb

17 May 2019 14:04 (UTC+04:00)

Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan tələblər beynəlxalq standartlara uyğundur:

"Azərbaycanın məhsulları Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur. Azərbaycanın bu sahədə verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır".

Q.Təhməzli Azərbaycanın qida təhlükəsizliyi sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini də söyləyib.

Agentlik sədri əlavə edib ki, ölkəmizdə ilk 7 il üçün qida təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilib. Yaxın illərdə o, digər dövlət orqanlarının dəstəyi ilə mərhələlərlə həyata keçiriləcək.