Evliliklərin yeni bəlası Sosial şəbəkələrdir?

13 May 2013 15:55 (UTC+04:00)

Movqe.az xəbər verir ki,  Psixoterapist Səlma Henrik, ictimai şəbəkə istifadəçilərinin çoxalmasıyla evlilik müalicəsi üçün gələnlərdə aldatma hadisələrinin son illərdə artdığını söyləyib. Henrik həmçinin keçmişdə kişilərdə sıx olaraq müşahidə olunan aldatma davranışının artıq qadınlarda da bərabər səviyyədə olduğunu söyləyib. Psixoterapist Səlma Henrik, aldatma nisbətlərinin artımında sosial şəbəkələrin da təsirli olduğunu ifadə edərək belə deyib: "Aldatma hadisələrinin artmasında bir az da bu ictimai şəbəkə saytlarının yayılması təsirlidir. Normalda gedib bir insanla çox danışmağa cəsarət edə bilməyən, ilk addımı atmaqda çətinlik çəkən kəslər üçün bu kimi sosial şəbəkə saytlarından istifadə daha asan olur. İnsanlar haqlı olaraq xoşbəxt olmaq istəyir, lakin bunun üçün səy göstərmək istəmir. Üz-üzə olmadıqları üçün daha rahat davrana bilirlər. Ya da insanın şəxsiyyətini gizləmə şansı daha çox ola bilir."