Sosial layihələr paketindən yararlanan insanların sayı artır

18 May 2019 09:00 (UTC+04:00)

İlin əvvəlindən dövlətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi planlı addımlar xalq tərəfindən böyük coşqu ilə qarşılanır. Ötən ildən hazırlanan ciddi sosial paketin tərkib hissələrinə minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin, əlillərin müavinətlərinin, şəhid ailələrinə birdəfəlik yardımların artırılması ilə  yanaşı ciddi qayğı göstərilməsi, digər ödənişlərin verilməsidir. Sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini taparaq əhəmiyyətli dərəcədə artırılıb. Çox böyük proqrama daxil olan bütün bunlar bir neçə milyon əhalini əhatə edib. Sadalana bu işlərə problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını - 2 milyon 200 min nəfəri əlavə etsək, dövlətin sosial mahiyyətinin nə qədər insana sevinc bəxş etdiyinin şahidi olarıq.

İlik əvvəlində sosial və iqtisadi məsələlərlə bağlı müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, dövlət vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi üçün uzun müddətdir planlı şəkildə addımlar atır. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinə sadiqliyi dövlət başçısı ölkədə müsbət atmosfer yaradıb. Atılan addımlar vətəndaşların sosial təminatını yaxşılaşdırmaqla yanaşı, ölkədə vətəndaş-dövlət həmrəyliyini möhkəmləndirir və mövcud sosial stabilliyi gücləndirir. Bu mənzərə əhalinin bütün təbəqələrini sevindirir, çünki söhbət Azərbaycan vətəndaşının rifahının yaxşılaşması, insanların daha yaxşı yaşamasından gedir.

İş davam edir. Yeni istehsal sahələri yaradılır, sahibkarlıq fəaliyyəti güclənir, əhalinin əmək fəaliyyəti genişlənir, məşğulluq artır, məhsuldarlıq, məhsullarımızın keyfiyyəti dünya standarları səviyyəsinə qalxır, ixrac məhsullarının çeşidi miqdar və kəmiyyətcə çoxalır, “Azərbaycan brendi” dünyaya ayaq açır. Bunların müqabilində ölkəyə gələn valyutanın miqdarı da artır. Demək, dövlətin gəlirləri çoxalır. Bu isə sosial layihələrin sayını artırır, əhatə dairəsini genişləndirir, maliyyə sarıdan tam təmin etməyə imkan verir. Nəticə yenə də xalqın rifahının yaxşılaşdırılmasında özünü göstərir.

Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat  Vahid Əhmədov əhalinin sosial maraqlarını ifadə edən aşıqlama verib: “Yayda və qışda istehlak olunan enerjiyə artan tələbat nəzərə alınaraq, qərar verilməlidir”. Söhbət elektrik enerjisindən istifadə tarifləri haqqındadır. Məsələ burasındadır ki, ötən ilin axırlarından etibarən Prezident İlham Əliyevin tapşırığı ilə Tarif Şurası bu sahədə müəyyən dəyişikliklər edərək əhalinin “yükünü” xeyli azaltmışdı. Belə ki, yəmin dəyişiklikdən sonra əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Lakin bu il Tarif Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu güzəştdən yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanıb. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanır.

Bu artımdan sonra əhalidə belə bir inam yaranıb ki, elektrik enerjisindən istifadə sahəsində də müvafiq addımlar atıla bilər. Deputat Vahid Əhmədovun fikirləri də bu istiqamətdədir. Çünki, Azərbaycanda sosial tədbirlərin ardıcıllığı mexanizmi yaranıb və buna görə də əhalidə əsaslı inam var. Dövlət də öz vətəndaşlarının inamını həmişə doğruldub.

N.NOVRUZ