Kasilyas karyerasını bitirdi - RƏSMİ

17 May 2019 16:21 (UTC+04:00)

Portuqaliyanın Porto klubunun qapıçısı İker Kasilyas karyerasını bitirib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper özü açıqlama verib. Kasilyas bir müddət əvvəl Porto-nun məşqində infarkt keçirmiş və həkimlər onun karyerasını bitirməli olduğunu demişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə Real-da başlayan Kasilyas, 16 il sonra Madrid klubundan ayrılıb. O, 2015-ci ildən Porto-nun şərəfini qoruyurdu.

Kasilyas 167 dəfə də İspaniya millisinin formasını geyinib.