Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır

17 May 2019 16:43 (UTC+04:00)

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır.

Təhsil Nazirliyindən Movqe.az-a bildiriblər ki, sınaq imtahanları mayın 18-dən 30-dək Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7 mindən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.

İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.