Daha bir donuz əti qalmaqalı

13 May 2013 16:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin cənubundakı Şınçan şəhərində qoyun ətində ördək, toyuq və donuz əti təsbit edildiyi bildirilib. Rəsmilər, edilən araşdırmalar nəticəsində saxta qoyun ətinin təsbit edildiyini, bunu istehsal edən şirkətin bağlandığını bildirib. Ölkədə son dəfə yaranan qalmaqalda  siçan, tülkü və su samuru ətlərinin dana və qoyun əti olaraq satıldığı təyin olunmuş, bununla bağlı isə 904 nəfər həbs olunmuşdu.