Prezident İlham Əliyev Taleh Qaraşovu ordenlə təltif edib

18 May 2019 16:37 (UTC+04:00)

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.