Meray Kerinin möhtəşəm dönüşü

13 May 2013 17:05 (UTC+04:00)

Bir müddətdir spirt və narkotik problemləriylə mübarizə aparan və bunun nəticəsində kariyerası yox səviyyəyə enən Meray Kerinin dönüşü möhtəşəm olub. Movqe.Az-ın məlumatına görə, müğənninin uzun müddətdir gözlənilən yeni mahnısı "Beautiful"un klipi, Kerinin pərəstişkarları tərəfinsən çox bəyənilib. Məşhur müğənninin yay aylarında çıxarmağı planlaşdırdığı yeni albomunun ilk mahnısı olan "Beautiful", albomla əlaqədar yaxşı fikirləri də artırıb. Xatırladaq ki, Meray Kerini albom hazırlıqları zamanı 12 kilo arıqlayıb.