Korona virusu təhlükəsi artır

13 May 2013 20:35 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Fransada, ağır tənəffüs yolu çatışmazlığı sindromu olaraq bilinən SARS xəstəliyinə bənzər əlamətləri olan "Corona" virusuna daha bir nəfərdə rast gəlinib. Səhiyyə naziri Marisol Touraine, təşkil etdiyi mətbuat konfransında virusa əvvəl yoluxan 65 yaşındakı bir şəxsin xəstəxanadakı otaq yoldaşına "Corona" virus il əbağlı edilən testin müsbət çıxdığını ifadə edərək, ikinci xəstənin vəziyyətinin pisləşdiyini, reanimasiyada müalicə edildiyini söyləyib. Touraine, ilk xəstənin vəziyyətinin isə "sabit, lakin təşvişedici olduğunu" bildirib.