533 il sonra müqəddəs oldular

13 May 2013 17:09 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Papa Françis, dünən 1480-ci ildə Osmanlıların qəbul etmədiyi, İtaliyanın Otranto şəhərində müsəlman olmağı rədd etdiyi üçün Gedik Əhməd Paşanın əmri ilə edam edilən 15 yaşından böyük 813 kişini "müqəddəs" elan edib. Françisin ilk əzizlik mərasimində həmçinin Kolombiyada Xristianlığı qəbul edən rahibə Laura Montoya və Katoliklərə qarşı 1920-ci illərdə Meksikada meydana gələn hücumlar əsnasında Katolikləri qorumağa həyatını həsr edən Maria Quadalupe Qarsia Zavala da müqəddəs elan edilib.