Bakının mərkəzində minik avtomobili yük maşını ilə toqquşdu

20 May 2019 11:46 (UTC+04:00)

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə ciddi xəsarətlər alan olmasa da, minik maşınına ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.