Gündən-günə arıqlayır - FOTO
13 May 2013 17:57 (UTC+04:00)
Son bir neçə ildir artıq kiloları ilə mübarizə aparan məşhur
müğənni Britni Spirs, bu yaya tam fomada olan bir bədənlə
girməyi qarşısına məqsəd qoyub. Movqe.Az-ın
məlumatına görə, iki uşaq anası olan 31 yaşlı Spirs, gündən-günə
zəifləyir. Nə qədər zəiflədiyini "Twitter"da paylaşdığı çimərlik
geyimli fotoşəkilləriylə hər kəsə elan edən Spirs, "Shape
Magazine"ə verdiyi müsahibəsində, sürətlə arıqlamasına görə yoqaya
borclu olduğunu açıqlayıb. Həftədə 2 gün 90 dəqiqə yoqa ilə məşğul
olduğunu ifadə edən gözəl müğənni, "Bundan əlavə, həftədə 3 gün
idman müəlliminin nəzarəti ilə 1 saat idman edirəm. Qidalanmama
diqqət edirəm, amma sevdiyim şeyləri yeməkdən imtina etmədən
arıqlayıram" deyib.
