Kanadada meşələr yanır - Sakinlər təxliyə olundu

20 May 2019 15:19 (UTC+04:00)

Kanadanın qərbindəki Alberta əyalətində meşə yanğınları tüğyan edir.

Trend-in məlumatına görə, bölgədə ümumilikdə 25 min hektar ərazini əhatə edən 3 yanğın qeydə alınıb.

Yanğınlarla əlaqədar bölgədə yaşayan əhali təxliyə olunub. Təxliyə olunanların dəqiq sayı açıqlanmır.

Yanğının bir neçə evə zərər vurduğu deyilir. Yanğın nəticəsində xəsarət alanlar olmayıb.