İcra Hakimiyyəti: Gədəbəydə küləyin fəsadları aradan qaldırılıb

20 May 2019 15:37 (UTC+04:00)

Gədəbəy rayonunda küləyin fəsadları aradan qaldırılıb.

Bu barədə Trend-ə Gədəbəy Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, gecə saatlarında müşahidə edilən yağışlı və küləkli hava şəraiti nəticəsində bəzi kəndlərə gedən elektrik enerjisi xətlərində problemlər yaranıb: "Nəticədə həmin kəndlərin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb. Fasilələr təxminən 30 dəqiqə davam edib. Dərhal aidiyyəti qurumların nümayəndələri həmin ərazilərdə olub və problem aradan qaldırılıb".