Dövlətə xəyanətdə ittiham edilən şəxsə 16 il cəza verilib

20 May 2019 16:34 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Movqe.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Rzaquliyev 16 il azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilir.