Trolbaşı yenə qərəzkarlığı gücləndirib

21 May 2019 09:10 (UTC+04:00)

Bir vaxtlar fəlsəfədən xəbəri olmayan, amma özündənmütəfəkkir ara filosofları böyür-başlarındakı 5-10 özləri kimisinə Nitsşenin adından deyirdilər ki, bəs, bir xəstə adam bir çeşmədən su içərsə, həmin çeşmə zəhərlənər və ondan sonra su içəınlərin hamısı həmin xəstəliyə yoluxar. Bu korazehinlərin düşüncəsi çatmırdı ki, fransız mütəfəkkir Antuan de San Ekzüperinin “su öz-özünü təmizləyir” kəlamının hikmətini anlasınlar. İndi mühacir biznesinin baniləri olan, amma özlərini inqilabçı sayan bəzi radikallar yaxşı bilirlər ki, daha özlərinin təmizlənməklərində keçib vəç buna görə də gənc nəsil arasında, xüsusilə də aldanıb radikalların arasına düşənlərin səhvlərini anlayaraq yarı yoldan qayıtmalarını həzm edə bilmirlər. Buna görə də hər vəchlə bu prosesə ləkə vurmağa çalışırlar.

Xalq öz mənəviyyatının mahiyyəti etibarı ilə çeşməyə bənzər. Zaman-zaman öz-özünü təmizlər. Hazırda Avropada düşərgə salaraq insan alverinə tən gələn şüurların korlanması yolu ilə mühacir biznesinin qurbanı olmuş şəxslər arasında səmərəli mtoxuma malik zehinli gənclər öz əməllərini saf-çürük edəndə düzgün nəticə çıxarmağı bacarır və həqiqətin gözünə dik baxmağa çalışırlar. Təbii ki, bu zaman onlar böhtanla həqiqət arasında seçim etməli olurlar. Bu isə saxtakarlıq üzərində qurulan radikal şəbəkənin ruhunu incidir. Necə ki, xarici qüvvələrin əlində maşa olan trolbaşı Əli Kərimli özünü yeni ortağı Sevincin “televisiyasında” və özünün facebook səhifəsində “çal-çağıra” başlayıb.

Facebookda “islah olunmuş mühacirlər” haqda yazan “ustad” siyasiresmen bərk qorxuya düşüb. Axı, Emin Milli adlı siyasi mühacirin bu yaxınlarda etirafda bulunaraq səhvlərini boynuna almasınımn ardınca digərləri də oyana bilər. Xüsusilə də trolbaşının əsas dayaqlarından biri olan Tural Sadıqlının gənc olması səbəbindən ağıllanması ehtimalı çox təhlükəlidir. Axı, o da şəbəkədən ayrılsa biznesin qol-qanadı qırılacaq. Çünki, hazırda Əli Kərimlinin ətrafında keçmiş cəbhəçi silahdaşlarından heç kim qalmayıb. Nədəndir ki, “köhnə qvardiya” baş verən oyunbazlığı qəbul etməyib və siyasi işin biznesə çevrilməsi məsələsində fikir ayrılığına görə böyük ümidlərlə qoşulduqları cəbhəni tərk ediblər. Əli Kərimli də  əcnəbi pozucu qüvvələrə xidmət edən trolları başına yığıb ki, bunlar da çox deyil. Bu səbəbdən çığıra-çığıra danışır ki, kənardan çox olduqları güman olunsun.

Hazırkı AXCP sağsağan yuvasına dönüb. Çürük ideyalarının qoynunda tək qalan Əli Kərimlinin, belə getsə, biznesi də batacaq. İşdi-şayəd, birdən etirafda bulunan müxalifətçilər vətənə üz tutarlarsa, onda lap pis, biznes cəhənnəm, adamın özü də birdəfəlik batar. Axı, kim zəmanət verə bilər ki, həmin şəxslər trolbaşının böhtanlarını, etdiyi saxtakarlıqları, qrantbazlığını və siyasi alverçiliyini üzünə tənqid etməyəcəklər. Adətən, ağıllı adamlar belə məamda təmkinli davranışları ilə seçilirlər. Amma başqasının pulu hesabına sifariş yerinə yetirənlər dillərinə güc verir və böhtanları intensivləşdirirlər. Əli Kərimlinin də bu yolu tutması təəccüblü deyil. İntellekti budur.

N.NOVRUZ