Dünyanı daha nələr gözləyir?

13 May 2013 17:39 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Nature Climate Change" jurnalında nümayiş olunan araşdırmaya görə hava istiliyinin 2 dərəcədən çox artması vəziyyətində bitki növlərinin yarıdan çoxu, heyvanların isə üçdə biri yox olacaq.

Onlar həmçinin təbii həyat sahələrinin əhəmiyyətli bir hissəsini də itirəcəklər. Artan hava istiliyinin 50 mindən çox bitki və heyvan növü üzərindəki təsirlərini araşdıran müxtəlif ölkələrdən olan elm adamları, istixana təsiri edən qazların tezliklə nəzarət altına alınması xəbərdarlığını edib. Elm adamları, sözügedən növlərin təbii həyat sahələrindəki hava istiliyi və yağış qeydlərini araşdırıb, fərqli iqlim dəyişikliyi hallarının reallaşması vəziyyətində bitkilərlə heyvanların yaşaya yerlərin xəritəsini çıxarıb. İstixana təsiri verən qazların nəzarət altına alınmaması vəziyyətində 2100-cü ildə hava istiliyinin ən az 4 dərəcə daha çox olacağını nəzərdə tutan elm adamları, heyvan növlərinin 34 faizinin, bitki növlərinin 57 faizinin hal-hazırkı təbii yaşayış yerlərinin yarısından çoxunu itirəcəyini təyin edib.