Bakıda minik avtomobili yaşlı qadını xəstəxanalıq etdi

21 May 2019 10:13 (UTC+04:00)

Bakıda 69 yaşlı qadın avtomobil tərəfindən vurulub.

Trend-in məlumatına görə, hadisə ötən axşam saat 16 radələrində, Ataturk prospektində baş verib. Yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Xasməmmədova Ulduzə Molla qızı avtomobil tərəfindən vurulub.

Bel fəqərəsinin sınığı ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilən qadın hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır qiymətləndirilir.