Məşhur milyarder stüardessalıq etdi

13 May 2013 18:37 (UTC+04:00)

Dünya tərəfindən məşhur "Virgin" şirkətlər qrupunun baş icraçı direktoru, ingilis iş adamı Riçard Brenson, "AirAsia" hava yolu şirkətinin sahibi malayziyalı sərmayəçi dostu Toni Fernandes ilə girdiyi mərci uduzaraq"stüardessa" olub. Movqe.Az-ın məlumatına görə, 2010-ci ildə "Formula 1" yarışları ilə bağlı girdikləri bir mərci uduzmasından sonra bu il "AirAsia" hava yolu şirkətinə aid Avstraliya-Malayziya arasında səfər edən bir təyyarədə stüardessalıq edən məşhur milyarder, bu işi də haqla yerinə yetirib. Hər stüardessa kimi qırmızı ətək və pencək geyən Brenson, qara corab ilə dikdaban ayaqqabını da unutmayıb. 3 il əvvəl girdiyi mərci yerinə yetirən ingilis iş adamının stüardessalıq təcrübəsi əsnasındakı rahat və şən rəftarı isə diqqət çəkib. Jurnalistlərin etdiyi işdən məmnun olub olmadığı istiqamətindəki suallarını cavablayan Riçard Brenson, "Həmişə stüardessa olmaq istəmişdim, lakin normal həyatıma geri dönməliyəm kimi görünür." şəklində danışıb. Maraqlı stüardessalıq təcrübəsi əsnasında heç bir şeyə laqeyd yanaşmayan məşhur milyarderin xidməti zamanı dostu Fernandesin üzərinə portağal suyu tökməsi də rəngarəng anlara səhnə olub. 4 milyard sterlinqdən çox olduğu təxmin edilən nəhəng bir sərvətə sahib Riçard Brensonun stüardessalıq etdiyi bu tarixi təyyarə səfərinin bütün gəliri  Avstraliya qaynaqlı bir xeyriyyə təşkilatına bağışlanacağı bildirilib.