Piyada keçidində avtomobil 13 nəfəri vurdu

21 May 2019 11:21 (UTC+04:00)

Çinin Quandun əyalətində svetoforun qırmızı işığına məhəl qoymayan avtomobil piyada keçidində 13 nəfəri vurub.

Trend-in məlumatına görə, piyadaları vurduqdan sonra avtomobil daha iki maşınla toqquşub.

Avtomobilin 45 yaşlı qadın sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.