Prezident marketə daxil olub, alıcı və satıcılarla söhbət edib - FOTO

21 May 2019 11:56 (UTC+04:00)

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevSabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində qəsəbə sakinləri ilə görüşüb.

Movqe.az-ın xəbərinə görə, dövlət başçısı sakinlərlə söhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.

Dövlət başçısı daha sonra ərazidəki marketə daxil olub, burada satıcı və alıcılarla söhbətləşib.