İçərisində 2 azyaşlının olduğu ev yanıb

22 May 2019 13:50 (UTC+04:00)

Şəmkirdə yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən