“Bakı Metropoliteni”nin Rusiyadan aldığı vaqonlardan 10-u gələn həftə gətiriləcək

22 May 2019 15:01 (UTC+04:00)

“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu gələn həftə təhvil alacaq.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov bildirib ki, mayın 28-də “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, səfər çərçivəsində qonşu ölkədən 10 vaqonun qəbulu baş tutacaq: “Bu il Rusiyanın "Metrovaqonmaş” şirkətindən ümumilikdə 30 ədəd vaqon almalıyıq. Artıq onlardan 10-u hazırdır. Həmin vaqonları qəbul edəcəyik”.