Nəsimi rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” intellektual yarışı keçirilmişdir

22 May 2019 15:21 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun tam orta məktəblərinin şagirdləri arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” intellektual bilik yarışı keçirilmişdir. Bilik yarışında məktəblilər tarix və coğrafiya sahəsi üzrə öz biliklərini sınaqdan keçirmişlər. Yarışma 125 məktəblinin iştirakı ilə iki mərhələdə keçirilmişdir. 151 nömrəli məktəbin komandası I, 5 nömrəli məktəbin komandası II, 42 nömrəli məktəbin komandası III, 159 nömrəli məktəbin komandası IV yerə layiq görülmüşlər.

Zabitlər parkında intellektual oyunun final mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil edilmişdir. Komandalar diplom və hədiyyələrlə təltif olunmuşlar.

Intellektual oyunun təşkil edilib keçirilməsində Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Nəsimi könüllüləri qrupu” yaxından iştirak etmişlər.