Murmanskda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edilib

13 May 2013 19:07 (UTC+04:00)

Murmanskda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-illiyinə həsr edilmiş tədbir keçirilib.  Mövqe.az-ın məlumatına görə, tədbirin əvvəlində iştirakçılara Rusiyadakı Azərbaycan diasporunun həftəlik mətbu orqanı olan "Azerbaydjanskiy Konqress" qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-illiyinə həsr edilmiş nömrəsi paylanıb.Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsinin sədri, regionun İctimai Palatasının üzvü Afil Hüseynov İclasda çıxış edərək, Azərbaycanın və Rusiyanın tarixində ümummilli lider Heydər Əliyevin rolundan danışıb.


A.Hüseynov qeyd edib ki, Azərbaycan diasporunun əsası Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir millət ideyası ətrafında sıx birləşməsi məhz onun fəaliyyətinin nəticəsidir.


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya jurnalistlər ittifaqlarının üzvü Əlihüseyn Şükürovun bildirdiiynə görə, tədbirin sonunda ulu öndər Heydər Əliyev haqqında film göstərilib. Sonra tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitablar və jurnallar paylanıb.