Şəxsi evlərdə məskunlaşan məcburi köçkünlər 2015-ci ildən köçürüləcək

13 May 2013 17:11 (UTC+04:00)
"Şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin 2015-ci ildən köçürülməsinə başlanılacaq".
Bu məlumatı Movqe.az-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin  məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov verib. S. Hüseynov bildirib ki, şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərə Qobu qəsəbəsində ayrılmış torpaq sahəsində evlər veriləcək: "Bundan sonra kimlərinsə şəxsi mülkündə məskunlaşan məcburi köçkünlər həmin evlərə köçürüləcək".
S. Hwseynov bildirdi ki, bundan sonra şəxsi evlərdə məskunlaşan məcburi köçkünlər məcburi şəkildə həmin mülklərdən çıxarılacaq.