Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

23 May 2019 20:19 (UTC+04:00)

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Movqe.az -a verilən məlumata görə, tablolarda həm qovşaq daxilində olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.