Neftçalada ölən şəxslərdən biri 4-cü kurs tələbəsi olub

23 May 2019 13:11 (UTC+04:00)

Bu gün Neftçala rayonunda baş vermiş qəzada dünyasını dəyişən 4 nəfərdən biri tələbə olub.

Movqe.az-ın məlumatına görə, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində ölən 4 nəfərdən biri Yardımlı rayonu, Kürəkçi kənd sakini 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu tələbə olub. O, Azərbaycan Texniki Universitetinin 4-cü kursunda təhsil alırdı.

Bir neçə gün əvvəl ona hərbi xidmətə çağırış vərəqəsi gəlib. Cavid Yaqubov da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.

Xatırladaq ki, Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.