Bağçalarda uşaqlara verilən yeməyin dəyəri ikiqat artırılıb
13 May 2013 19:20 (UTC+04:00)
"Bağçalarda uşaqlara verilən yeməyin dəyəri artırılıb".
Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən
Movqe.az-a verilən məlumata görə, əvvəl bağçalarda uşaqlara verilən
yeməyin bir gün üçün dəyəri 1 manat 10 qəpik idisə, hazırda
bu məbləğ ikiqat artıb: "İndi bağçalarda uşaqlara verilən yemək
daha yaxşıdır. Yeməyin keyfiyyəti və çeşidi artıb. İndi bir gün
üçün uşaqların yeməyinə 2 manat 20 qəpik xərc
çəkilir".