Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq

23 May 2019 16:11 (UTC+04:00)

Sabah Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək. 

Movqe.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 

3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. Maraqlıdır ki, yarışda erməni əsilli idmançılar da iştirak edəcək. Onlar bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır. Lakin idmançılar Ermənistanı deyil, qitə birinciliyində Rusiyanı təmsil edəcəklər.