ABŞ-ın Qərbi Virciniya ştatında Airgas kimyəvi zavodunda baş vermiş güclü partlayış nəticəsində ən azı iki nəfər xəsarət alıb. Bu barədə Mövqe.az RİA Novosti-yə istinadən məlumat verir.
Məlumata əsasən, müəssisədə naməlum səbəbdən asetilen qazı ilə dolu 6 çən partlayıb və yanğın başlayıb. Zavodun iki fəhləsi yanğından xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlarına həyatları üçün təhlükə olmadığı bildirilir.
Hazırda yanğın söndürülüb.