Ayandan Aygünə dəstək...

14 May 2013 10:13 (UTC+04:00)
Gənc müğənni Ayan Babakişiyevanın sosial şəbəkədə paylaşdığı foto söz-söhbətə səbəb olub.

Mövqe.az-ın məlumatına görə, sənətçi xalq artisti Brilliant Dadaşova vəAygün Kazımovanın eyni şlyapada çəkilmiş şəkillərini paylaşaraq bunu yazıb:

"Aygün Kazımova 2007-ci ildə "Öpsən" adlı konsertini artıq edib. Ona görə də tarix təkrarlanır. Artıq nəsə deməyə ehtiyac yoxdur. Aygün Kazımova nömrə birdir,tək divadır".