"Arsenal" və "Çelsi"nin Bakıda mətbuat konfransına qatılacaq futbolçuları müəyyənləşib

28 May 2019 12:55 (UTC+04:00)

Bakıda İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində bu gün baş məşqçilərlə birgə mətbuat konfranslarına qatılacaq futbolçular müəyyənləşib.

Avropa futbol qurumundan Movqe.az-a verilən məlumata görə, “Arsenal”ın 17:45-də başlayacaq mətbuat konfransında baş məşqçi Unay Emeri ilə yanaşı, müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka fikirlərini bölüşəcək.

“Çelsi”nin saat 20:15-ə təyin edilən mətbuat konfransında isə baş məşqçi Mauritso Sarrini kapitan Sesar Aspilikueta və müdafiəçi David Luis müşayət edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.